Konor Makreqor bu il oktaqona qayıtmayacaq

Xəbərlər
24 Sentyabr 2024 17:56
240
Konor Makreqor bu il oktaqona qayıtmayacaq

UFC döyüşçüsü Konor Makqreqor bu il oktaqona qayıtmayacaq.

İdman.biz xəbər verir ki, idmançının özü bu barədə İngiltərə mətbuatına müsahibəsində deyib.

O, UFC-də növbəti döyüşünü 2025-ci ildə keçirəcəyini açıqlayıb. Konor gələn il bu təşkilatda 2 döyüşə çıxmağı planlaşdırır. Onun rəqiblərinin kim olacağı isə bəlli deyil.

Qeyd edək ki, Makqreqor 2021-ci ilin iyulunda Dastin Puarye ilə üçüncü döyüşündə sol ayağını sındırdıqdan sonra oktaqonda çıxış etməyib.

İdman.biz