İBA Çempionlar Gecəsi: Azərbaycan boksçuları qələbə qazanıb - FOTO

Xəbərlər
28 Sentyabr 2024 22:11
774
İBA Çempionlar Gecəsi: Azərbaycan boksçuları qələbə qazanıb - FOTO

Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında boks üzrə İBA Çempionlar Gecəsinə start verilib.

İdman. biz xəbər verir ki, tədbir “Natiq” ritm qrupunun çıxışı ilə başlayıb.

Rinqə ilk olaraq Sərxan Əliyev (71 kq) Monqolustan təmsilçisi Monx-Erdene Urançimeq çıxıb. Boksçumuz görüşü qələbə ilə başa vurub.

İBA Çempionlar Gecəsinin ikinci döyüşündə Nicat Hüseynov (51 kq) Con Zuluetanı (Filippin) məğlub edib.

Boksçumuz Məhəmmədrəsul Məcidov (+92 kq) isə Nursultan Amanjolovdan (Qazaxıstan) güclü olub.

Azərbaycanın daha bir əlcək ustadı Məhəmməd Abdullayev (+92 kq) Kristian Salsedo ilə görüşdə (Kolumbiya) rinqi qalib tərk edib.

Qeyd edək ki, yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutub. Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunub.

İdman.biz