Sərxan Əliyev: "Həm məsuliyyət, həm də motivasiya verirdi"

Xəbərlər
28 Sentyabr 2024 20:19
256
Sərxan Əliyev: "Həm məsuliyyət, həm də motivasiya verirdi"

"Doğma divarlar arasında döyüşmək böyük məsuliyyətdir"

Bunu İdman.bizə açıqlamasında Bakıda keçirilən IBA Çempionlar Gecəsində çıxış edən Azərbaycan boksçusu Sərxan Əliyev deyib.

71 kiloqram çəki dərəcəsində monqolustanlı rəqibi Monx-Erdene Urançimeqə qalib gələn Sərxan yarışa çox ciddi hazırlaşdığını vurğulayıb: "Əvvəlcə Fehruz müəllim və atam Nəriman müəllimlə məşq etdik. Daha sonra milli komanda ilə davam etdim. Yarışa çox ciddi hazırlaşırdıq. Öz tamaşaçılarımızın qarşısında döyüşmək həm böyük məsuliyyət, həm də motivasiyadır. Şükürlər olsun ki, zəhmətimizin bəhrəsini gördük, bu gün qələbə qazandım. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Dəstəyə və hazırlığa görə məşqçilərə və federasiyaya təşəkkür edirəm".

Qeyd edək ki, IBA Çempionlar Gecəsi Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunub. Yarışda dünyanın ən güclü boksçuları iştirak edirlər.

İdman.biz