İrlandiyalı ulduz döyüşçü və UFC-nin tarixində eyni vaxtda müxtəlif çəki kateqoriyalarında iki kəmərə sahib olan Konor Makqreqor sosial şəbəkələrdə qalmaqallı açıqlama yayıb.
İdman.biz xəbər verir ki, o, özünü ən böyük döyüşçü adlandırıb.
36 yaşlı boksçu bu barədə X sosial şəbəkəsində yazıb: “Mən Allahın yaşıl torpağında ən böyük döyüşçüyəm. Mənim IQ-üm yadplanetli Alien səviyyəsindədir".
Qeyd edək ki, Makqreqor 2013-cü ildə UFC-yə qoşulub. İrlandiyalı qaydasız döyüşdə 28 görüş keçirib və 22 qələbə qazanıb, 6 dəfə isə uduzub.
İdman.biz