Ər-Riyadda boks gecəsi: Beterbiyev və Dmitri Bivol mütləq çempionluq uğrunda döyüşəcək

Xəbərlər
13 Oktyabr 2024 00:02
253
Ər-Riyadda boks gecəsi: Beterbiyev və Dmitri Bivol mütləq çempionluq uğrunda döyüşəcək

Bu gün Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində peşəkar boksda yarımağır çəkidə mütləq dünya çempionu titulu uğrunda görüş keçiriləcək.

İdman.biz xəbər verir ki, rusiyalı boksçular Artur Beterbiyevlə Dmitri Bivol üz-üzə gələcək.

Hər iki boksçunun məğlubiyyətsiz irəliləməsi döyüşə marağı artırıb. Bivol keçirdiyi 23 görüşün 12-ni nokautla qazanıb. 33 yaşlı boksçunun hesabında WBA Super и IBO versiyaları üzrə titullar var.

Beterbiyev isə 20 döyüşün hamısını nokautla başa vuraraq qeyri-adi nəticəyə imza atıb. O, WBC, WBO и IBF versiyaları üzrə dünya çempionudur.

İdman.biz