Azərbaycanlı döyüşçüdən növbəti qələbə

Xəbərlər
25 Oktyabr 2024 22:52
213
Azərbaycanlı döyüşçüdən növbəti qələbə

MMA üzrə “UAE Warriors 55” turnirində idmançımız Əlisgəndər Əliyev növbəti görüşünü keçirib.

İdman.biz xəbər verir ki, o, indiyədək məğlub olmamış rusiyalı Məmmədrəsul Xaxulmaqomedova qarşılaşıb.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən döyüşdə Əlisgəndər ilk mərhələnin əvvəlində nokautla qalib gəlib.

Qeyd edək ki, bu idmançımızın “UAE Warrios” turnirində ikinci qələbəsidir. Əlisgəndər bundan öncə - iyulun 27-də Həbib Nurmaqomedov komandasının üzvü Rüstəm Serbiyevi məğlub etmişdi.

İdman.biz