Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadənin “Glory”də növbəti döyüşünün vaxtı dəqiqləşib.
İdman.biz xəbər verir ki, 32 yaşlı idmançı görüşünü dekabrın 7-də keçirəcək.
Rəqib şimali makedoniyalı Daniel Stefanovski olacaq. Döyüş Niderlandın Qelredom şəhərində təşkil olunacaq.
Qeyd edək ki, 28 yaşlı Stefanovski peşəkar rinqdə 29 döyüş keçirib. O, bunların 22-də qələbə qazanıb, 7-də məğlub olub.
İdman.biz