Moskvada Nəriman Abbasovun döyüşü baş tutmayıb - Güc qüvvələrindən müdaxilə - VİDEO

Xəbərlər
13 Noyabr 2024 00:38
221
Moskvada Nəriman Abbasovun döyüşü baş tutmayıb - Güc qüvvələrindən müdaxilə - VİDEO

Azərbaycanlı qaydasız döyüşçü Nəriman Abbasovun (77 kq) “Hype Fighting Championship” turniri çərçivəsində görüşü baş tutmayıb.

İdman.biz xəbər verir ki, Rusiyanın güc qüvvələri Moskvadakı Live Hallda təşkil edilən turnirin keçirilməsinə mane olublar.

Liqanın təşkilatçısı Məhəmməd Nosayevdən oktaqonda çıxışı zamanı yarışın dayandırılması tələb olunub. Onlar Nərmanın Marif Pirayevlə görüşünün hüquq-mühafizə orqanları ilə razılaşdırılmadığını bildiriblər. Aparıcı texniki fasilə yarandığını elan edib, Nosayev isə qara maskalıların müşayiəti ilə zaldan çıxarılıb.

Sonda Hype FC turnirinin ləğv edilməsinə qərar verilib.

İdman.biz