Azərbaycan döyüşçüsü Rafael Fiziyev UFC-yə qayıdışı üçün üstünlük verdiyi rəqibin adını açıqlayıb.
İdman.biz xəbər verir ki, polşalı Mateuş Qamrotla 2023-cü ilin sentyabrında keçirilən döyüşdə dizindən zədələnən idmançımız revanş arzusundadır.
O, bu məğlubiyyətdən və zədə ilə bağlı əməliyyatından sonra istəyini menecerinə də deyib: “Menecerimə dedim ki, mən revanş, bu oğlanla yenidən döyüşmək istəyirəm. Mən əvvəlki kimi elit döyüşçülərlə üz-üzə gəlmək, özümü sınamaq niyyətindəyəm. Bu revanş baş tutsa, mənim üçün ideal olacaq”.
Qeyd edək ki, 31 yaşlı döyüşçü UFC-də 2019-cu ildə debüt edib. Onun hesabında 6 qələbə və 3 məğlubiyyət var.
İdman.biz