Sadıqovla döyüşdə Bonfim daha güclü hesab edilir

Xəbərlər
10 Dekabr 2024 17:14
67
Sadıqovla döyüşdə Bonfim daha güclü hesab edilir

Azərbaycanlı Nazim Sadıqovla fevralın 15-də Las-Veqasda keçiriləcək döyüşdə braziliyalı İsmael Bonfim favorit hesab edilir.

İdman.biz xəbər verir ki, bu, səkkiz qarşılaşmanın keçiriləcəyi "UFC Fight Night"in əsas görüşü olacaq.

Bonfim MMA-da 24 döyüş keçirib, onlardan 20-də qalib gəlib. Sadıqovun isə 11 döyüşü var. Onlardan 9-u qələbə, 1-i heç-heçə və digəri məğlubiyyətlə başa çatıb.

Qeyd edək ki, Sadıqov sonuncu görüşünü ötən il noyabrın 11-də Nyu-Yorkda "Madison Square Garden"də rusiyalı Vyaçeslav Borşevə qarşı keçirib. Üç raundluq qarşılaşmanın sonunda hakimlər heç-heçə qeydə alıblar.

İdman.biz

Məqalədə: