Gürcüstanlı MMA döyüşçüsü Quram Kutateladzi uzun müddətdən sonra oktaqona qayıdacaq Rafael Fiziyevə meydan oxuyub.
İdman.biz xəbər verir ki, o, sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
İsveç vətəndaşlığı da olan döyüşçü bildirib ki, Fiziyevlə qarşılaşmaq istəyir: "Salam, Rafael. Menecerlər mənə dedilər ki, sənin rəqibin yoxdur və heç kim səninlə döyüşmək istəmir. Stil baxımından bu, UFC-nin və izdihamın sevəcəyi döyüş olacaq. Üstəlik, bu, ilin potensial döyüşü ola bilər. Fevralın 1-də Səudiyyə Ərəbistanı...".
Qeyd edək ki, 31 yaşlı Fiziyev UFC-də 2019-cu ildə debüt edib. Onun hesabında 6 qələbə və 3 məğlubiyyət var. Rafael kiminlə döyüşəcəyini açıqlamasa da hazırlıqlarını Tailandda davam etdirir.
İdman.biz