Yüngül çəkidə polşalı UFC döyüşçüsü Mateuş Qamrot azərbaycanlı Rafael Fiziyevə qarşı ikinci döyüşü keçirməyə razıdır.
İdman.biz xəbər verir ki, o, revanş döyüşünə çıxmağa hazır olduğunu bildirib.
“İşə münasibətinizi bəyənirəm - asan döyüşlər yoxdur. Sizinlə beş raundluq revanş döyüşü əla səslənir”, – Qamrot sosial şəbəkədəki səhifəsində belə yazıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında Fiziyev döyüş zamanı ayağından aldığı zədə səbəbindən ikinci raundda Qamrota texniki nokautla məğlub olmuşdu. 31 yaşlı Fiziyevin hesabında 12 qələbə və 3 məğlubiyyət var. 33 yaşlı Qamrotun hesabında isə 28 döyüş var (24 qələbə, 3 məğlubiyyət və 1 döyüş nəticəsiz sayılıb).
İdman.biz