Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov (77 kq) “Hype Fighting Championship” turnirində qüvvəsini sınayıb.
İdman.biz xəbər verir ki, həmyerlimiz Moskvada keçirilən yarışda kəmər uğrunda yerli idmançı Marif Pirayevlə üz-üzə gəlib.
5 raund davam edən döyüşdə hakimlərin yekdil qərarı ilə rusiyalı qalib elan olunub. Bununla da Pirayev 2022-ci ildə Abbasova uduzduğu görüşün revanşını alıb.
Gecədə digər döyüşçümüz 70 kq-da Emil Novruzovun rusiyalı Harun Boziyevlə döyüşü nəzərdə tutulsa da, idmançımız rinqə çıxmayıb.
İdman.biz