Yüngül çəkidə UFC döyüşçüsü polşalı Mateuş Qamrot azərbaycanlı Rafael Fiziyevlə mümkün revanş döyüşü haqda xəbərlərə cavab verib.
İdman.biz xəbər verir ki, o, fevralın 1-də Səudiyyə Ərəbistanında Fiziyevlə revanş qarşılaşması keçirə biləcəyi ilə bağlı məlumatı təkzib edib.
Qamrot sosial media səhifəsində mümkün revanş döyüşü ilə bağlı xəbərlərin skrinşotunun altında "Saxta xəbərlər" yazıb.
Fiziyev 2023-cü ilin sentyabrında döyüş zamanı ayağından aldığı zədə səbəbindən ikinci raundda texniki nokautla Qamrota məğlub olub.
31 yaşlı Fiziyevin hesabında 12 qələbə və 3 məğlubiyyət var. 33 yaşlı Qamrot isə 28 döyüş keçirib: 24 qələbə, üç məğlubiyyət və bir döyüş nəticəsiz sayılıb.
İdman.biz