Qazaxıstanlı MMA döyüşçüsü Rasul Xatayev 3 illik diskvalifikasiya edilib.
İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) məlumat yayıb.
Açıqlamada dünya çempionunun antidopinq qaydalarını pozduğu bildirilib. Qanında drostanolon və klomifen maddələri aşkarlanan boksçu 3 il müddətinə yarışlardan uzaqlaşdırılıb.
Qeyd edək ki, Rəsulun cəza müddəti bu il oktyabrın 17-dən etibarən hesablanacaq.
İdman.biz