Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov sabah növbəti sınağına çıxacaq.
İdman.biz xəbər verir ki, o, "Rizin" turnirində Yaponiya təmsilçisi Roberto Satoşi ilə üz-üzə gələcək.
Qarşılaşma Yaponiyanın Saytama şəhərindəki “Saytama Super Arena”da baş tutacaq. “Rizin49” çərçivəsində keçiriləcək kəmər döyüşündə 70 kq çəkidə çempionun adı bəlli olacaq.
Qeyd edək ki, Kərəmov "Rizin" çərçivəsindəki 8 döyüşdə 6 qələbə qazanıb. Ümumilikdə isə idmançımız 25 qarşılaşmada 20 dəfə qalib gəlib.
İdman.biz