Maxaçev qələbə qazanıb

Xəbərlər
19 Yanvar 2025 10:39
81
Maxaçev qələbə qazanıb

Los-Ancelesdə UFC 311 turnirinin əsas döyüşü keçirilib.

İdman.biz xəbər verir ki, yüngül çəkidə (70 kq-a qədər) UFC çempionu rusiyalı İslam Maxaçev reytinqdə onuncu nömrə olan braziliyalı Renato Moikano ilə qarşılaşıb.

Maxaçev elə birinci raundda boğma fəndi ilə qələbə qazanıb.

İdman.biz