Tofiq Musayev harada döyüşəcək? - FOTO

Xəbərlər
20 Yanvar 2025 15:15
94
Tofiq Musayev harada döyüşəcək? - FOTO

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev yeni liqada mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, bu barədə məlumatı 35 yaşlı idmançının özü açıqlayıb.

O, sosial şəbəkə paylaşımlarında bildirib ki, bundan sonra "Global Fıght League"də çıxış edəcək. İdmançı paylaşımda iddiasını ortaya qoyub: "Yeni səyahət, eyni məqsəd".

Qeyd edək ki, Tofiq Musayev bunadək "Rizin" çərçivəsində döyüşüb. O, Yaponiyada keçirdiyi son döyüşündə braziliyalı rəqibi Roberto Satoşiyə məğlub olub.

İdman.biz

Məqalədə: