Zümrüd Quliyevadan ilk raundda boğucu fənd - FOTO - VİDEO

Xəbərlər
21 Yanvar 2025 09:18
501
Zümrüd Quliyevadan ilk raundda boğucu fənd - FOTO - VİDEO

Azərbaycanın MMA döyüşçüsü Zümrüd Quliyeva növbəti qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, ASED təşkilatını və “Simral” klubunu təmsil edən 18 yaşlı idmançı “Octagon-69” çərçivəsində qüvvəsini sınayıb.

O, Qazaxıstanda keçirilən turnirdə yerli idmançı Rusalina Mulikova ilə qarşılaşıb. 52,2 kq çəkidə baş tutan görüş artıq ilk raundda başa çatıb. Zümrüd rəqibini boğucu fəndlə məğlub edib.

Qeyd edək ki, döyüş Almatı şəhərində baş tutub.

İdman.biz

Məqalədə: