Rafaeldən Dariuşa təklif - "Nə vaxt hazır olacaqsan?"

Xəbərlər
28 Yanvar 2025 18:51
61
Rafaeldən Dariuşa təklif - "Nə vaxt hazır olacaqsan?"

Azərbaycanlı UFC qaydasız döyüşçüsü Rafael Fiziyev Beneil Dariuşa görüş təklifi göndərib.

İdman.biz xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

Fiziyev paylaşımda yazıb: "Təəssüf ki, sənin döyüşün ləğv edildi. Mənim də hələ hər hansı görüşüm yoxdur. Sən nə vaxt hazır olacaqsan? Səninlə oktaqonda qarşılaşmaq əla olardı".

Fiziyev sonuncu döyüşünü 2023-cü ilin sentyabrında polşalı Mateuş Qamrota qarşı keçirib və texniki nokautla qalib gəlib. Bu görüşdə ağır zədələnən Rafael uzun müddət müalicə olunub.

Qeyd edək ki, azərbaycanlı boksçu keçirdiyi 12 döyüşün 9-da qalib gəlib, 3-də isə uduzub.

İdman.biz