Las-Veqasda "UFC Fight Night" turniri keçirilib.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycanın qarışıq döyüş ustası Nazim Sadıxov da çıxış edib.
ABŞ-də yaşayan həmyerlimizin rəqibi braziliyalı İsmael Bonfim olub.
Nevada ştatında keçirilən döyüşün 1-ci raundundan sonra qalib müəyyənləşib.
Sadıxov Bonfimi texniki nokautla məğlub edib. Birinci raunddan sonra fasilədə rəqibin gözündən aldığı zədə səbəbindən döyüş dayandırılıb. Onun sağ gözünün görmədiyi müəyyən edilib. Nəticədə braziliyalı texniki nokaut qərarı ilə məğlub elan edilib.
Qeyd edək ki, Sadıxov indiyədək keçirdiyi 12 döyüşdən 10-da qələbə qazanıb, 1-də uduzub, 1-də də heç-heçə edib.
İdman.biz