Bakıda MMA üzrə turnir keçiriləcək - VİDEO

Xəbərlər
18 Fevral 2025 14:31
242
Bakıda MMA üzrə turnir keçiriləcək - VİDEO

Bakıda MMA üzrə peşəkar döyüşçülər arasında turnir keçiriləcək.

İdman.biz xəbər verir ki, döyüş gecəsi Azərbaycanın MMA üzrə ilk peşəkar liqası olan “ASED Fighting Championship”in təşkilatçılığı ilə baş tutacaq.

Fevralın 22-də “ASED15” turniri “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq. 2025-ci ilin ilk yarışında 16 döyüş keçiriləcək. Günün əsas döyüşlərində Əli Şərifov, Tehran Umidxanov, Mehrab Məmmədzadə, Şamil Adıbayev, Həsən Həsənov və Elmir Cəfərov döyüşəcək.

Turnir mayda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr ediləcək beynəlxalq yarışa vəsiqə xarakteri daşıyır.

Qeyd edək ki, “ASED Fighting Championship” liqası bu il 4 turnir planlaşdırır. 2017-ci ildən fəaliyyət göstərən təşkilat 14 əsas, 23 seçmə xarakterli 37 peşəkar turnir təşkil edib. Bu turnirlərdə 1000-dən çox idmançı iştirak edib.

İdman.biz

Məqalədə: