Nazim Sadıxov: “Qamrotla döyüşmək maraqlı olardı”

Xəbərlər
20 Fevral 2025 12:06
59
Nazim Sadıxov: “Qamrotla döyüşmək maraqlı olardı”

“Keçən il Qamrotla bağlı danışmışam, özümü bu səviyyəli döyüşçüyə qarşı sınamaq istəyirəm".

İdman.biz xəbər verir ki, bu sözləri azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov polşalı Mateuş Qamrotla mümkün döyüş barədə danışarkən deyib.

Həmyerlimiz daha əvvəl belə bir döyüşün ola biləcəyi ilə bağlı danışdığını qeyd edib.

"Sport24.ru"ya Sadıxovun sözlərini belə təqdim edib: "Həmin döyüşdə öz bacarıqlarımı sınamaq istərdim. Onunla döyüşmək maraqlıdır. Qamrot ilk "10-luq"dadır. Bu döyüş mənim üçün çox maraqlı olardı”.

Qeyd edək ki, Sadıxov ötən həftəsonu Las-Veqasda keçirilən "UFC Fight Night 251" turnirində braziliyalı İsmael Bonfimə qalib gəlib.

İdman.biz

Məqalədə: