Rafael Fiziyevin revanş şansı – yenidən Castin Qetjiyə qarşı

Xəbərlər
27 Fevral 2025 09:44
79
Rafael Fiziyevin revanş şansı – yenidən Castin Qetjiyə qarşı

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibi və qarşılaşmanın vaxtı bəlli olub.

İdman.biz xəbər verir ki, yüngül çəkidə mübarizə aparan idmançımız ABŞ təmsilçisi Castin Qetji ilə döyüşəcək.

O, məşqdə əlindən zədə aldığı üçün turnirə qatılmayacaq avstraliyalı Den Hukeri əvəzləyəcək. Bu döyüş martın 8-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq UFC-313 turniri çərçivəsində keçiriləcək.

Qeyd edək ki, Fiziyevlə Qetji 2023-cü ildə UFC-286-da da üz-üzə gəliblər. Həmin vaxt amerikalı döyüşçü üçraundluq görüşdə hakimlərin yekdil qərarı ilə qalib gəlib. Rafael iki ildən sonra revanş almaq imkanı qazanıb.

İdman.biz

Məqalədə: