Rafael Fiziyev: “Bu, asan deyil, böyük riskdir”

Xəbərlər
27 Fevral 2025 12:27
72
Rafael Fiziyev: “Bu, asan deyil, böyük riskdir”

“İdeal döyüş görəndə “yox” deyə bilmərəm”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev deyib.

UFC-313 turnirinə gözlənilməz təklif alan idmançımız zədəli Den Hukerin əvəzinə Castin Qetji ilə üz-üzə gələcək. Fiziyev DAZN-a açıqlamasında bu ani dəvətə münasibət bildirib: “Hukerə tezliklə zədəsini sağaltmağını arzulayıram. Qetjiyə qarşı bu döyüş mənim üçün əsl sürpriz oldu. Döyüş barədə bildirişi son anda aldım. Bu, asan deyil, böyük riskdir. Amma bu risk xoşuma gəlir. 10 yaşından döyüşürəm. Bu, mənim həyatımdır. Əgər sabah kiminləsə döyüşə bilmirəmsə, özümü bu gün də döyüşçü adlandıra bilmərəm. Mən istənilən vaxt, istənilən rəqiblə döyüşməyə hazır olmalıyam”.

Qeyd edək ki, Las-Veqasdakı turnir martın 8-də keçiriləcək.

İdman.biz

Məqalədə: