Rafael Fiziyevdən Las Veqasda revanş arzusu

Xəbərlər
8 Mart 2025 11:02
133
Rafael Fiziyevdən Las Veqasda revanş arzusu

Azərbaycan döyüşçüsü Rafael Fiziyev növbəti döyüşünü keçirəcək.

İdman.biz xəbər verir ki, təmsilçimiz UFC 313 turniri çərçivəsində döyüşəcək.

ABŞ-ın Las Veqas şəhərindəki qarşılaşmalara martın 8-dən 9-na keçən gecə start veriləcək. Bakı vaxtı ilə səhər 7:00-da başlayacaq turnirdə ümumilikdə 12 görüş təşkil olunacaq.

UFC-nin reytinqində yüngül çəkidə 11-ci olan Fiziyev ABŞ təmsilçisi Castin Qeydji ilə qarşılaşacaq. Bu, turnirin ikinci əsas döyüşü olacaq.

İdmançımız zədələnən Den Hukerin əvəzinə bu qarşılaşmaya dəvət alıb. Bununla da Rafael 2023-cü ilin martında UFC 286 çərçivəsində uduzduğu rəqibindən revanş almaq imkanı qazanıb.

Bu, 32 yaşlı Fiziyevin UFC-də 10-cu döyüşü olacaq. Onun hesabında 6 qələbə və 3 məğlubiyyət var. Dünya reytinqinin 3-cüsü olan Castin isə 13 qarşılaşmada 8 qələbə qazanıb və 5 dəfə uduzub.

Qeyd edək ki, Rafael UFC-də 2019-cu ildə debüt edib.

İdman.biz