Rafael Fiziyev yenə Qetjiyə məğlub olub - VİDEO

Xəbərlər
9 Mart 2025 09:28
113
Rafael Fiziyev yenə Qetjiyə məğlub olub - VİDEO

Azərbaycan döyüşçüsü Rafael Fiziyev UFC 313 turniri çərçivəsində növbəti döyüşünü keçirib.

İdman.biz xəbər verir ki, UFC-nin reytinqində yüngül çəkidə 11-ci olan Fiziyev ABŞ-nin Las Veqas şəhərində yerli idmançı Castin Qetji ilə qarşılaşıb.

Turnirin ikinci əsas döyüşündə azərbaycanlı döyüşçü amerikalı rəqibinə 0:3 hesabı ilə məğlub olub. Cavab görüşü üç raund davam edib - 28:29, 28:29, 28:29.

Bu, 32 yaşlı Fiziyevin UFC-də 10-cu döyüşü olub. Onun hesabında 6 qələbə və 4 məğlubiyyət var. Dünya reytinqinin 3-cüsü olan Castin isə 13 qarşılaşmada 9 qələbə qazanıb və 5 dəfə uduzub.

Döyüşçümüz daha əvvəl Qetji ilə 2023-cü ilin martında oktaqonda qarşılaşıb. Onların döyüşü UFC286 turnirində baş tutub və üç raunddan sonra hakimlərin yekdil qərarı ilə rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Rafael UFC-də 2019-cu ildə debüt edib.

İdman.biz