“Bağışlayın dostlar, sizi sevindirə bilmədim və qalib gələ bilmədim”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev sosial şəbəkə hesabında yazıb.
O, paylaşımında Las-Veqasda UFC 313 turnirindəki revanş görüşündə amerikalı Castin Qetjiyə yenidən uduzmasını şərh edib.
Fiziyev hakimlərin yekdil qərarı ilə rəqibinin qalib gəldiyi döyüşün nəticəsindən məyus olduğunu bildirib: “Castini təbrik edirəm. Oktoqonu yenidən onunla bölüşmək möhtəşəm idi”.
Qeyd edək ki, Fiziyev 2023-cü ildə Londonda amerikalı ilə döyüşüb və həmin görüşdə də məğlub olub.
İdman.biz