Nəriman Abbasovun revanş döyüşü Bakıda keçirilə bilər

Xəbərlər
13 Mart 2025 22:43
33
Nəriman Abbasovun revanş döyüşü Bakıda keçirilə bilər

Azərbaycanlı MMA döyüşçü Nəriman Abbasov rusiyalı Marif Pirayevlə Bakıda revanş döyüşü keçirə bilər.

Bunu İdman.biz-ə açıqlamasında onun məşqçisi Şəhriyar Abbasov məlumat verib.

“Döyüşçülər arasında Bakıda üçüncü döyüşü keçirmək istəyirik. Hazırda bu istiqamətdə danışıqlar aparırıq. Əgər dəstək alsaq görüşü mütləq burada təşkil edəcəyik. Əminəm ki, bu döyüş azərbaycanlı MMA həvəskarları arasında böyük maraq yaradacaq”, deyə Abbasov açıqlamasında bildirib.

Nəriman Abbasov 2024-cü ilin dekabrında Moskvada keçirilən döyüşdə hakimlərin qərarı ilə Marif Pirayevə uduzmuşdu. Azərbaycanlı döyüşçünün məşqçilər korpusu nəticədən narazı qaldıqlarını bildirərək, döyüşü pankration üzrə hakimlərin idarə etdiyini vurğulayıblar.

Qeyd edək ki, 2022-ci ilin iyununda idmançılar arasında AMC Fight Nights təşkilatının təşkil etdiyi döyüşdə Nəriman Abbasov qalib gəlib.

İdman.biz