Azərbaycanlı qaydasız döyüşçü Turan Əhmədov (70 kq) MMA üzrə “Fighting Entertainment Association” beynəlxalq turnirində növbəti görüşünü keçirib.
İdman.biz xəbər verir ki, o, Moldovanın paytaxtı Kişinauda keçirilən döyüşdə Sergey Çeleslə qarşılaşıb.
Təmsilçimiz görüşün ikinci raundunda rəqibini nokauta göndərib.
İdman.biz