Makqreqor Trampla görüşüb - o, prezidentliyə namizəd olacaq

Xəbərlər
21 Mart 2025 15:24
42
Makqreqor Trampla görüşüb - o, prezidentliyə namizəd olacaq

Ağ Evin mətbuat xidməti iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqorun ailəsi ilə ABŞ prezidenti Donald Trampın görüşündən foto paylaşıb.

İdman.biz xəbər verir ki, görüşdə həmçinin yeni yaradılmış ABŞ Hökumətinin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən milyarder İlon Mask da iştirak edib.

Makqreqor Trampla görüşdən sonra bir daha vətənində prezidentliyə namizəd olmaq niyyətini bəyan edib. O, İrlandiyanın immiqrasiya siyasətini tənqid edərək, ölkənin bəzi şəhərlərinin “miqrantlar tərəfindən ələ keçirildiyini” deyib və əlavə edib ki, “Tramp administrasiyası Qərb dünyası üçün mayak işığıdır”.

Makqreqor 2021-ci ilin yayından - amerikalı Dastin Puayeyə uduzub və ayağını sındırdıqdan sonra döyüşmür. İrlandiyalının keçən yay ABŞ təmsilçisi Maykl Çandlerlə döyüşmək üçün oktaqona dönəcəyi gözlənilirdi, lakin irlandiyalının yeni zədəsi səbəbindən döyüş reallaşmadı.

İdman.biz