UFC üçün yeni məkanlar

Xəbərlər
24 Mart 2025 14:04
52
UFC üçün yeni məkanlar

UFC turnirlərinin hansı ölkələrdə keçirilə biləcəyi bəlli olub.

İdman.biz xəbər verir ki, təşkilatın vitse-prezidenti Brayan Şou yarışın coğrafiyasının genişlənməsi barədə fikirlərini açıqlayıb.

O bildirib ki, 2026-cı ildən Almaniyada turnirlər təşkil olunacaq. Fransa və İspaniya variantlarını çətin hesab edən vitse-prezident Avropada Niderlandla Polşanı yarışa ev sahibliyinin mümkünlüyünü vurğulayıb. UFC Bəhreyn, Qətər, İordaniya, CAR və Ruanda variantlarını nəzərdən keçirir.

UFC turnirləri əvvəllər Fransa, Niderland, Almaniya və Polşada təşkil olunub.

Qeyd edək ki, vitse-prezident 2025-ci ili təqviminə toxunmasa da, hələ yeri dəqiqləşməyən iyunun 21-də keçirilməli olan UFC Fight Night 260 turnirinin Azərbaycanda baş tutması ehtimalı var. Bunu (hiperssilka) tanınmış jurnalist Ariel Helvani sosial şəbəkə paylaşımında iddia edib.

İdman.biz