“Ən böyük xəyallarımdan biri reallaşdı. Kikboksinqdə bunu bacarmışdım, MMA-da da etdim”.
İdman.biz xəbər verir ki, bunu Bakıda “Landmark 7” turnirində çempionluq kəmərini qazanan yaponiyalı Çihiro Suzuki (66 kq) deyib.
Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmovu məğlub edən “Black Super” yüngül çəki çempionu bildirib ki, həmyerlimizi yaxşı analiz edib: “Vüqarın döyüşlərinə baxmışdım. Bir anlıq müdafiəyə keçdim. Ayaqla endirəcəyim zərbənin bucağını müdafiəyə keçməklə təmin etdim. Bu zərbə nəticəsində də qalib gəldim”.
O, növbəti planlarını da açıqlayıb: “Rizin”nin üstündə əməyim çoxdur. Bundan sonra da davam edəcəm. Yaponiyada gənclərin daha çox bu idman növü ilə məşğul olmasında çalışacam. Həvəskarları peşəkar etmək üçün qurum yaratmaq istəyirəm”.
Çihiro revanş döyüşü barədə də danışıb və deyib ki, mümkündür: “Mən artıq çempionam. Çempion kimi bu barədə danışmağım düz olmaz. Amma rəqib istəsə, yenidən döyüşərəm”.
Qeyd edək ki, “Landmark 7” turnirinin əsas görüşündə Çihiro Suzuki 1-ci raundda nokautla qalib gəlib. Bununla da o “Rizin” təşkilatının kəmərinə sahib çıxıb.
Emin Ağa
İdman.biz