Keçmiş UFC çempionu irlandiyalı Konor Makqreqor sosial şəbəkə hesabında rusdilli azərbaycanlı “Kaspian Qruz” qrupunun musiqisindən istifadə edib.
İdman.biz xəbər verir ki, Makqreqor “Qorod nevest” musiqi trekinin müşayiəti ilə çempionluq kəməri fotosunu paylaşıb.
Azərbaycanlı rusdilli “Kaspian Qruz” qrupurep qrupu 2000-ci ildə təşkil olunub. Onun yaradıcıları Ves səhnə adı ilə tanınan Anar Zeynalov və Əhmədli kəndində böyüyən Brutto kimi tanınan Timur Odilbekov olublar.
Qrup 2011-ci ildə kriminal məzmunlu mahnılar yazmaqla məşhurlaşıb.
İdman.biz