“Çelsi”dən darmadağın, “Fiorentina” Sloveniyada qalib gəlib - YENİLƏNİB - VİDEO

Xəbərlər
11 Aprel 2025 00:57
116
“Çelsi”dən darmadağın, “Fiorentina” Sloveniyada qalib gəlib - YENİLƏNİB - VİDEO

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

İdman.biz xəbər verir ki, 4 qarşılaşma baş tutub.

Turnirin favoritlərindən sayılan “Çelsi” Polşa səfərində “Legiya” ilə qarşılaşıb. "Zadəganlar" 3:0 hesabı ilə qalib gələrək, yarımfinala bir addım yaxınlaşıblar.

“Fiorentina” “Selye”nin qonağı olub. İtaliyalılar səfərdə üstün dönüblər. “Betis” isə öz meydanında “Yagelloniya”nı məğlub edib.

“Yurqorden” öz meydanında “Rapid”ə uduzub.

Qeyd edək ki, cavab oyunları aprelin 17-də keçiriləcək.

Konfrans Liqası
1/4 final, ilk oyunlar
10 aprel

20:45. “Legiya” – “Çelsi” - 0:3
Qollar: Corc, 49. Madueke, 57; 74
23:00. “Betis” – “Yagelloniya” - 2:0
Qollar: Bakambu, 24. Rodriges, 45+2
23:00. “Selye” – “Fiorentina” - 1:2
Qollar: Delauier-Chaubet, 67 (p.) - Ranyeri, 27. Mandrqora, 62 (p.)
23:00. “Yurqorden” – “Rapid” - 0:1
Qol: Finndell, 62 (p.)

İdman.biz