UFC rəsmi olaraq Bakıda keçiriləcək turnirlə bağlı açıqlama yayıb.
İdman.biz xəbər verir ki, qurum sosial şəbəkə hesabında "Azərbaycan, hazırsan?" paylaşımı edib.
Paylaşımda yarışın iyunun 21-də Baku "Crystal Hall"da təşkil olunacağı bildirilib. Gecənin əsas görüşündə amerikalı döyüşçülər Halil Rauntri və Camal Hil üz-üzə gələcəklər.
Qeyd edək ki, UFC turnirinin biletləri aprelin 25-də satışa çıxarılacaq və onlayn əldə etmək mümkün olacaq.
İdman.biz