Fiziyev və Sadıxov da Bakıdakı UFC turnirində - VİDEO

Xəbərlər
12 Aprel 2025 13:09
106
Fiziyev və Sadıxov da Bakıdakı UFC turnirində - VİDEO

Bakıda keçiriləcək "UFC Fight Night" turnirinin iştirakçıları bəlli olur.

İdman.biz xəbər verir ki, azərbaycanlı döyüşçü Rafael Fiziyev iyunun 21-də təşkil ediləcək gecəyə qatılacaq.

“Baku Crystal Hall”da onun rəqibinin çilili İqnasio Bahomendes olacağı bildirilir. Fiziyevdən daşqa digər həmyerlimiz Nazim Sadıxovun da Bakıdakı turnirə qatılacağı gözlənilir.

İdman.biz