Dana Uayt Azərbaycan-Ermənistan münasibətlərinin UFC turnirinə təsir edib-etməyəcəyi barədə danışıb

Xəbərlər
13 Aprel 2025 14:30
78
Dana Uayt Azərbaycan-Ermənistan münasibətlərinin UFC turnirinə təsir edib-etməyəcəyi barədə danışıb

"Bu vəziyyətin təhlükəsizliyə təsir edə biləcəyini düşünmürəm".

İdman.biz xəbər verir ki, bu sözləri UFC rəhbəri Dana Uayt Azərbaycan və Ermənistan arasında gərgin münasibətlərin Bakıdakı turnirin təhlükəsiz keçirilməsinə təsir göstərə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

O, UFC 314 turnirindən sonra mətbuat konfransında fikirlərini belə tamamlayıb: "Demək istəyirəm ki, döyüşçülərin təhlükəsizliyinə hər hansı real təhlükə olsaydı, biz orada turnir keçirməzdik".

Qeyd edək ki, UFC turniri Bakıda iyunun 21-də “Baku Crystal Hall”da keçiriləcək və yarışda əcnəbi idmançılarla yanaşı, azərbaycanlı döyüşçülər Rafael Fiziyev və Nazim Sadıxovun da çıxışı gözlənilir.

İdman.biz