Tofiq Musayev UFC-də: Debüt Bakıda olacaq

Xəbərlər
18 Aprel 2025 14:28
223
Tofiq Musayev UFC-də: Debüt Bakıda olacaq

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev UFC-də debüt edəcək.

İdman.biz xəbər verir ki, bunu “MMA Azerbaijan” açıqlayıb.

Musayev ilk döyüşünü iyunun 21-də Bakıda keçiriləcək turnirdə keçirəcək. 35 yaşlı idmançının UFC-dəki ilk rəqibi hələ dəqiqləşməyib.

Musayev son döyüşünü 2023-cü ilin noyabrında keçirib. O, həmin vaxt “Rizin” çərçivəsində yaponiyalı Kodji Takedaya 3-cü raundda nokautla qalib gəlib.

Qeyd edək ki, Musayev MMA-da keçirdiyi 27 görüşdə 22 qələbə qazanıb və 5 dəfə uduzub.

İdman.biz