Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi “UFC Fight Night” dünyaca məşhur döyüş turnirinin biletlərinin qiymətləri açıqlanıb.
İdman.biz xəbər verir ki, artıq biletlər satışa çıxarılıb.
100 manatdan başlayan biletlərin qiyməti sektora uyğun olaraq 1700 manata qədər yüksəlir.
Biletləri iticket.az platforması vasitəsilə onlayn əldə etmək mümkündür. Təşkilatçılar tərəfindən təqdim olunan oturacaq planına əsasən, zal müxtəlif sektorlara bölünüb və hər sektor üçün fərqli qiymət kateqoriyaları təyin edilib.
Tədbir UFC, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqasının birgə əməkdaşlığı ilə həyata keçiriləcək.
Möhtəşəm gecədə azərbaycanlı UFC döyüşçüləri də oktaqona çıxacaq. Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə döyüşəcək. Rafael Fiziyev isə çilili İqnasio Bahomendeslə qarşılaşacaq. Tofiq Musayevin bu tədbirdə debüt edib-etməyəcəyi hələ dəqiqləşməyib.
Qeyd edək ki, tarixi tədbir bu il iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək.
İdman.biz