Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma üzrə açıq festival keçiriləcək.
İdman.biz xəbər verir ki, yarış Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə oktyabrın 7-8-də baş tutacaq.
Abşeron yarımadasında yerləşən Korgöz massivində (Bakı qulaqları) təşkil olunacaq festival kişilər və qadınlar arasında 2 növ - boulderinq və çətinlik üzrə keçiriləcək.
Qaliblər federasiyanın qaydalarına əsasən müəyyən olunacaq və ilk 3 yerin sahibləri müvafiq diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.
Festivalda iştirak etmək istəyənlər oktyabrın 2-dək Azərbaycan Alpinizm Federasiyasının “facebook” səhifəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Elektron müraciət forması: https://forms.gle/3BpyJc6BaUgXgHTFA
İdman.biz