Azərbaycanlı alpinist dünyanın 13-cü zirvəsini fəth edib

Xəbərlər
31 İyul 2024 10:09
407
Azərbaycanlı alpinist dünyanın 13-cü zirvəsini fəth edib

Azərbaycanlı alpinist İsrafil Aşurlı pis hava şəraitinə baxmayaraq, Qaşerburum II zirvəsini (8035 metr) uğurla fəth edib.

İdman.biz xəbər verir ki, Karakorum dağ massivində yerləşən bu zirvə dünyanın 13-cü hündür zirvəsidir.

Bu fəth Aşurlının səkkizinci səkkizminlik zirvəsidir. İdmançı Dağa qalxan zaman süni oksigen balonundan istifadə etməyib.

Qeyd edək ki, alpinistimiz daha əvvəl, iyulun 10-da Nanqa Parbat zirvəsinə də süni oksigendən istifadə etmədən qalxmışdı.

İdman.biz

Məqalədə: