İdman dırmanması üzrə açıq respublika turniri keçiriləcək

Xəbərlər
11 Sentyabr 2024 15:42
161
İdman dırmanması üzrə açıq respublika turniri keçiriləcək

Sentyabrın 12-13-də idman dırmanması (boulderinq) üzrə yeniyetmə və gənclər arasında açıq respublika turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Alpinizm Federasiyası (AAF) məlumat yayıb.

8-16 (2008 – 2016) yaş qrupları arasında ALP Dırmanma Mərkəzində baş tutacaq yarışın məkanı, avadanlıq və ləvazimatlara dair tələblər müvafiq qaydalara əsasən tənzimlənəcək.

Qızlar və oğlanlar arasında təsnifat və final mərhələləri 4 marşrutdan ibarət olacaq. Yarış şəxsi birincilik formatında təşkil olunur. Təsnifat mərhələsinin hər bir marşrutu üçün ayrılan vaxt 5 dəqiqə, final mərhələsi marşrutu üçün isə 4 dəqiqə təşkil edir. Final mərhələsində 6 nəfər iştirak hüququ qazanır.

İdman.biz

Məqalədə: