Ümumdünya Oyunlarına geri sayım başlayıb

Xəbərlər
11 Oktyabr 2024 16:40
258
Ümumdünya Oyunlarına geri sayım başlayıb

Gələn il avqustun 7-17-də Çinin Çenqdu şəhərində keçiriləcək Ümumdünya Oyunlarının Təşkilat Komitəsi starta geri sayıma başlayıb.

İdman.biz xəbər verir ki, multiidman forumunun başlamasına 300 gün qalıb.

Azərbaycan millisi yarışda geniş tərkibdə təmsil olunacaq. Təkcə gimnastikada idmançılarımız üç növdə çıxış edəcəklər: Tamblinq (Mixail Malkin), akrobatika (qarışıq cütlük Ağasif Rəhimov - Razia Seidli, kişi dueti Murad Rəfiyev - Daniel Abbasov, həmçinin Riad Səfərov, Rəsul Seyidli, Abdullah Əl-Meşaihi və Seymur Cəfərovdan ibarət kişi qrupu) və aerobika (qarışıq cütlük Vladimir Doltov - Mədinə Mustafayeva).

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska (68 kq) da Ümumdünya Oyunlarına vəsiqə qazanıb.

İdman.biz

Məqalədə: