Paris-2024-də format dəyişikliyi?

Xəbərlər
5 İyul 2024 09:21
434
Paris-2024-də format dəyişikliyi?

Paris-2024-ün triatlon yarışlarının formatı dəyişdirilə bilər.

İdman.biz xəbər verir ki, buna səbəb Sena çayının çirklənməsidir.

Yarışın üzgüçülük mərhələsi çayda baş tutmalıdır. Amma Senadakı vəziyyət belə formatı təhlükə altına salıb. Eyni səbəbdən ötən il açıq suda Dünya kuboku ləğv edilmişdi.

Mütəxəssislər çayda suyun keyfiyyətinin aşağı olmasını, bakteriyaların normadan çoxluğunu, yağış yağdıqda isə vəziyyətin daha da pisləşdiyini qeyd edirlər. Ona görə də təşkilatçılar son anda yarışı duatlona çevirə bilərlər.

Qeyd edək ki, Azərbaycanı triatlonda Rostislav Pevtsov təmsil edəcək. O, karyerasında üçüncü Yay Oyunlarına qatılacaq.

İdman.biz

Məqalədə: