Bolqarıstanlı nazir Bakıda idman qurğularının fəaliyyəti ilə maraqlanıb - FOTO

Xəbərlər
14 Dekabr 2023 11:47
553
Bolqarıstanlı nazir Bakıda idman qurğularının fəaliyyəti ilə maraqlanıb  - FOTO

Azərbaycanda səfərdə olan Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıb.

İdman.biz xəbər verir ki, Bakı Su İdmanı Sarayının mövcud vəziyyəti ilə tanış olan nazir mütəxəssislərlə görüşüb.

Sonra Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası ilə tanışlıq zamanı buradakı şərait, qarşıda duran işlər barədə fikir mübadiləsi aparılıb. Qonaq həmçinin, Milli Gimnastika Arenasına baxış keçirib.

Dimitar İliev Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”na da qonaq olub və könüllülərin mükafatlandırılmasında iştirak edib. O, Bakı Slavyan Universitetində tələbələrlə də görüşüb.

Günün sonunda nazir Bakı Gənclər Mərkəzinin fəaliyyəti ilə tanış olub. Qonağa burada fəaliyyət göstərən klublar, infrastruktur imkanları, gənclərin şəxsi inkişafı və asudə vaxtının təşkili üçün keçirilən layihələr barədə məlumat verilib.

İdman.biz