Türkan qəsəbəsində idman kompleksinin açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Milli Məclisin deputatı Rauf Əliyev və nazirliyin nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə gimnastika üzrə müxtəlif hərəkətlərdən ibarət kompazisiya və rəqslər nümayiş etdirilib.
Türkan idman zalı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilib.
Zalın ərazisi 0.51 hektar, binanın tikintialtı sahəsi 1135 m2, ümumi sahəsi 2 360 m2, köməkçi və texniki binaların ümumi sahəsi 230 m2-dir. İdman zalının binasında yarışların və məşqlərin keçirilməsi üçün 100 tamaşaçı oturacaqlı universal idman zalı, güləş, cüdo, karate, boks, trenajor, aerobika məşqlərinin keçirilməsi üçün şərait var.
Eyni zamanda, binada soyunma-geyinmə, duş, inzibati və köməkçi otaqlar təşkil olunub. İdman zalı zəruri idman avadanlıqları və digər inventarlarla təchiz edilib. Ərazidə idman alətləri ilə təchiz edilmiş açıq hava meydançası, yer tipli şahmat oyunu sahəsi quraşdırılıb.
Banuçiçək Hüseynli
İdman.biz