Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.
İdman.biz xəbər verir ki, fevralın 12-18-də müxtəlif idman növləri üzrə turnirlər təşkil olunacaq.
Alpinizm üzrə Rusiya açıq çempionatı - 31 yanvar - 7 aprel (Moskva, Rusiya);
Stend atıcılığı üzrə İSSF dünya kuboku – 4-13 fevral (Mərakeş, Rabat);
Boks üzrə gənc qızlar arasında "Adriatic Pearl" dünya kuboku - 6-19 fevral (Monteneqro);
Boks üzrə "Olympic Dreamer" beynəlxalq turniri – 7-14 fevral (Bosniya və Herseqovina, Sarayevo);
Taekvondo üzrə "Turkish Open 2024" yarışı - 9-14 fevral (Türkiyə, Antalya);
Güllə atıcılığı üzrə gənclər və böyüklər arasında İSSF dünya kuboku - 10-18 fevral (İspaniya, Qranada);
Ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında Avropa çempionatı (Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakterli) - 12-20 fevral (Bolqarıstan, Sofiya);
Sərbəst, yunan-Roma və qadın güləşi üzrə böyüklər arasında Avropa çempionatı (böyüklər) - 12–18 fevral (Rumıniya, Buxarest);
Taekvondo üzrə "Fajr Open" yarışı - 12-15 fevral (İran, Tehran);
Atletika üzrə qış dünya turu, gümüş səviyyə - 13 fevral (Serbiya, Belqrad);
Boks üzrə yeniyetmə və gənclər arasında "Dracula Open" – 14-22 fevral (Rumıniya, Arad);
Kişi və qadın idman gimnastikası üzrə dünya kuboku - 15–18 fevral (Misir, Qahirə);
Akrobatika gimnastikası üzrə beynəlxalq turnir - 15-17 fevral (Belçika, Puurs);
Güllə atıcılığı üzrə "İSAS 2024" beynəlxalq turniri - 16-24 fevral (Almaniya, Dortmund);
Taekvondo üzrə Asiya üzrə "Prezident kuboku" - 16-19 fevral (İran, Tehran);
Yelkən idman növünün "Optimist" sinfi üzrə beynəlxalq "Palamos Cup - 2024" yarışı - 16-19 fevral (İspaniya, Palamos);
Bədii gimnastika üzrə beynəlxalq turnir - 16-18 fevral (Macarıstan, Budapeşt);
Karate 1A seriyası Premyer Liqa turniri - 16-18 fevral (Kipr, Larnaca);
Sambo üzrə kişilər, gənclər, yeniyetmələr, kadetlər arasında beynəlxalq turnir - 16-18 fevral (Kipr, Limasol);
Qılıncoynatma (sablya) üzrə gənc oğlanlar arasında dünya kuboku - 17-18 fevral (Fransa, Dourdan);
Xizək alpinizmi üzrə yeniyetmələrin dünya kuboku - 17-18 fevral (Almaniya, Berchtesgaden);
Kamandan oxatma üzrə örtülü salonda Avropa çempionatı - 18-24 fevral (Xorvatiya, Varazdin).
İdman.biz