Azərbaycanlı hakim tarixə düşüb

Xəbərlər
15 Fevral 2024 10:57
290
Azərbaycanlı hakim tarixə düşüb

Sumo üzrə beynəlxalq dərəcəli hakim Ülvi Ağamirov tarixə düşüb.

İdman.biz xəbər verir ki, azərbaycanlı ədalət təmsilçisi “Hakuho Cup 2024” turnirində referilik edib.

Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti olan Ağamirov tarixin ən güclü sumoçusu Hakuho Syönun şərəfinə təşkil olunan yarışın tarixində xarici ölkədən dəvət alan ilk hakim olub. O, fevralın 12-də Yaponiyanın paytaxtı Tokioda təşkil olunan yarışda ədaləti qoruyub. Turnir “Ryogoku Kokugikan” milli sumo arenasında baş tutub.

Qeyd edək ki, Monqolustan sumoçusu Hakuho Syö karyerasını 2021-ci ildə bitirib.

İdman.biz

Məqalədə: