Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.
İdman.biz xəbər verir ki, aprelin 15-21-də müxtəlif idman növləri üzrə turnirlər təşkil olunacaq.
Elektron idman növləri üzrə “PUBG M” universitetlərarası gənclər liqası – 1-30 aprel (onlayn);
Stolüstü tennis üzrə Türk dövlətləri arasında təlim-məşq toplantısı və turnir (yeniyetmələr) – 10-17 aprel (Türkiyə, Balıkesir);
Velosipedin çoxgünlük ötüşmələr növü üzrə oğlanlar və qızlar arasında Qazaxıstanın ölkə çempionatı – 11-16 aprel (Qazaxıstan, Taldıkorqan);
Güllə atıcılığı üzrə Olimpiya lisenziya çempionatı – 11-19 aprel (Braziliya, Rio-de Janeiro);
Velosipedin çoxgünlük ötüşmələr növü üzrə gənc qadınlar arasında Qazaxıstan açıq çempionatı – 11-16 aprel (Qazaxıstan, Baykonur);
Cüdo üzrə gənc qızlar arasında Avropa kuboku – 13-17 aprel (Polşa);
Qılıncoynatma üzrə dünya birinciliyi (sablya üzrə yeniyetmə və gənc oğlanlar və qızlar), (şpaqa üzrə gənc qızlar, yeniyetmə oğlanlar və qızlar) – 13-21 aprel (Səudiyyə Ərəbistanı, Ər-Riyad);
Kamandan oxatma üzrə yeniyetmələr və gənclər arasında Avropa kuboku – 15-20 aprel (Bolqarıstan, Sofiya);
Boks üzrə gənc oğlanlar və qızlar arasında “Qızıl Kəmər” beynəlxalq yarışı - 15-21 aprel (Mərakeş);
Boks üzrə gənc oğlanlar və qızlar arasında Avropa birinciliyi – 15-29 aprel (Serbiya, Belqrad);
Sambo üzrə kişilər arasında Qran-Pri beynəlxalq yarışının I mərhələsi – 16-19 aprel (Rusiya, Kemerovo);
Parapauerliftinq üzrə Dünya Kuboku – 16-23 aprel (Gürcüstan, Tbilisi);
Paracüdo üzrə Qran – Pri – 16-23 aprel (Türkiyə, Antalya);
Badminton üzrə "Slovak Open 2024" – 17-20 aprel (Slovakiya, Bratislava);
Bədii gimnastika üzrə Dünya Kuboku – 17-20 aprel (Qətər, Doha);
Kanoe və avarçəkmə üzrə “Bahar Kupası” beynəlxalq turniri (kayak, kanoe) – 18-22 aprel (Türkiyə, Muğla);
Paraüzgüçülük üzrə Avropa çempionatı – 18-29 aprel (Portuqaliya, Madeyra);
Şahmat üzrə qadınlar arasında Avropa çempionatı (şəxsi) – 18-30 aprel (Yunanıstan, Rodos);
Badminton üzrə "Cyprus Junior 2024" – 19-21 aprel (Kipr, Nikosiya);
Aerobika gimnastikası üzrə beynəlxalq turnir – 19-21 aprel (Çexiya, Praqa);
64 xanalı dama üzrə Avropa birinciliyi gənclər (2005-2007), kadetlər (2008-2010), kiçik kadetlər (2011-2013), ümidlər (2014) və daha kiçik yaşlılar (oğlanlar və qızlar) – 19-28 aprel (Türkiyə, Kəmər);
Karate idman növü üzrə WKF Karate 1 Premyer Liqanın turniri – 19-21 aprel (Misir, Qahirə);
Triatlon üzrə yeniyetmələrin Avropa kuboku – 20 aprel (Türkiyə, Yenişehir);
Triatlon üzrə Dünya Kuboku – 20-21 aprel (Avstraliya, Vollonqonq);
Kanoe və avarçəkmə üzrə Avropa Olimpiya təsnifat reqatası – 21-29 aprel (Macarıstan, Szeged).
İdman.biz